"Neftçi" rəsmisinə ağır cəza

21:56 04-12-2018 | icon 3140

“Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov AFFA-nın İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılıb.

Bu barədə qərar İK-nın bugünkü iclasında verilib.

 

C.Sultanov Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanıb, klub 16000 manat cərimə olunub.

Matçın 33-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 70-ci dəqiqəsində “Sabah”ın futbolçusu Vanderson Silva ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 matç cəzalanıb, klub 200 manat cərimələnib.

Qarşılaşmanın 84-cü dəqiqəsində “Neftçi”nin  futbolçusu Baqali Dabo ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Sabah”ın təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan qonaq klub  tərəfindən ödəniləcək.

 


Digər xəbərlər

0.24028706550598