Prezident xanımı və qızları ilə “Bakutel-2018” sərgisində - Fotolar
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” ilə tanış olublar.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verib.
Bildirilib ki, builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.
Prezident İlham Əliyevə nazirliyin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə məlumat verilib.
Sonra dövlətimizin başçısı və xanımı Azərbaycanda müasir poçtun və rabitənin yaradılmasının 100 illiyinə, eyni zamanda, “Azərbaycan memarlığına” həsr olunan poçt markasını möhürləyibər.
Qeyd edək ki, sərgidə “Azərpoçt” MMC tərəfindən ən çox tələb olunan xidmətlərin göstərildiyi, tam avtomatlaşdırılmış, 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən poçt şöbəsinin prototipi də təqdim olunur. Artıq iki ildir innovativ və texnoloji yeniliklərlə təchiz olunan “Şəbəkə” xidmət mərkəzləri yaradılıb. Növbəti - 9-cu “Şəbəkə” mərkəzinin Beynəlxalq Avtovağzal Kompleksində istifadəyə verilməsi nəzərdə tutulur.
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...