Gömrük Xidmətinin eks-sədri Bakıda saxlanıldı - Beynəlxalq axtarışdadır

20:36 05-12-2018 | icon 3796
Gömrük Xidmətinin eks-sədri Bakıda saxlanıldı - Beynəlxalq axtarışdadır

Qırğızıstanın Dövlət Gömrük Xidmətinin keçmiş sədri Bakıda hava limanında saxlanılıb. 

Adamkul Junusov avqustun 28-də “vəzifə səlahiyyətlərindən sui istifadə” etməkdə ittiham edilərək Qırğızıstan tərəfindən beynəlxalq axtarışa verilib. 

İqtisadi Cinayətlərlə Mübarizə üzrə Dövlət Xidməti də sabiq sədrin Azərbaycanda tutulmasını təsdiqləyib. Hazırda onun ölkəsinə ekstradisiyası istiqamətində işlər görülür. 

Junusovun, ümumilikdə dövlətə 167 milyon som (təxminən 2,4 milyon dollar) məbləğində ziyan vurduğu bildirilir. 


Digər xəbərlər

0.3059549331665