İcra başçısı sakinlərlə görüşdü
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Görüş bu gün 4 №-li Peşə liseyində E.Süleymanov küçəsi 148, İ.Məmmədov küçəsi 21, 15, B.Nuriyev küçəsi 46 ünvanlarda yaşayan sakinlərlə keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Qəbulda sakinlərin yaşadıqları binaların dam örtüklərinin təmiri, istiliklə təmin olunması, məhəllədaxili yolların asfaltlanması və digər sosial problemlərlə bağlı müraciətləri, eyni zamanda rəy və təklifləri rayon rəhbəri tərəfindən dinlənilib, onlara müvafiq izahatlar verilib,
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyacı olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.
Qəbulda sakinlər həmçinin rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərindən razılıqlarını ifadə ediblər və əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...