Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Könüllü Şurası yaradılıb
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında Kiçik və Orta Biznesin Könüllü Şurası yaradılıb və artıq Şuranın ilk iclası keçirilib.
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə KOBİA-da tədbir təşkil olunub.
Agentlik əməkdaşlarının və könüllü gənclərin iştirakı ilə keçirilən tədbirdə Agentlik sədri Orxan Məmmədov könüllük fəaliyyətinin gənclərin işgüzar inkişafında mühüm rol oynadığını vurğulayıb, bu sahədə Agentlik tərəfindən görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, Agentlikdə “KOB Könüllüləri” Proqramına uyğun olaraq, həyata keçirilən tədbirlərin əhatə dairəsi daha da genişləndiriləcək.
Könüllülərin təcrübə toplaması, könüllülük fəaliyyətinin təşkili və təşviqi, gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsi (“Young Internship Programmes”), eləcə də ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və biznes müəssisələri ilə əməkdaşlıq “KOB Könüllüləri” Proqramının əsas istiqamətləridir və işgüzar inkişafa nail olmaq istəyən gənclər Agentliyin könüllüləri sırasına qoşula bilərlər.
Qeyd edək ki, Agentliyin Könüllü Şurasını formalaşdıran ilk qrupdan ibarət könüllülər Azərbaycan Dövlət İqtisad, Bakı Mühəndislik universitetlərinin, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbə və magistrlarından ibarətdir.
Sonda könüllü gənclərə xüsusi könüllü geyimləri, vəsiqələr və müxtəlif hədiyyələr təqdim olunub.
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...