Azərbaycan nefti bahalaşıb

08:42 06-12-2018 | icon 3380
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 4-də 63,86 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,63 dollar/barel çoxdur. 

 

Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 4-də 62,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,63 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 4-də 58,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti dekabrın 4-də 61,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel çoxdur.


Digər xəbərlər

0.2941780090332