Lənkəranın Girdəni kəndində səyyar qəbul

15:54 06-12-2018 | icon 3352
Lənkəranın Girdəni kəndində səyyar qəbul

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü rayonun Girdəni  kəndində keçirib. 

İH-dən daxil olan xəbərə görə, səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər. 

Qəbul-görüşdə vətəndaşların müraciətləri dinlənilərək onları narahat edən məsələlər yerindəcə araşdırılıb. 

Sakinlər məhsuldarlıq əvvəlki illərlə müqayisədə xeyli artdığını, ərazidə çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına diqqət göstərildiyini bildiriblər. Bu sahələrin genişlənməsi hesabına çoxlu iş yerlərinin açılmasının, əsasən yerli sakinlərin işlə təmin olunmasının kənd sakinlərinin həyat şəraitini durmadan yaxşılaşdırdığını vurğulayıblar. 

Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həllindən ötrü aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib. 

 


Digər xəbərlər

0.24227404594421