"Şərurlu İsfəndiyar" Bakı sakinlərini havasız qoyur - FOTO

16:13 06-12-2018 | icon 3952
Bakı şəhər, Yasamal rayonu, Talıblı küçəsində iki binanın arasında onlara bitişik üçüncü bir tikintinin aparılması ilə bağlı sosial şəbəkələrdə foto paylaşılıb.
 
Fotonu jurnalist Müşfiq Cabbar çəkib. Əldə etdiyimiz məlumata görə, hündürmərtəbəli binaların biri "Şərur" MTK, digəri isə "Qlobal Azəri" MTK tərəfindən tikilib.
 
Hər iki şirkətin "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundova aid olduğu bildirilir.
 
Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən məlumat almağa çalışsaq da, qurumun saytında qeyd olunan nömrələrdən heç birinə cavab verən olmadı.
 
 

Digər xəbərlər

0.35439395904541