Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq. Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr dekabr ayının 8-dəMolla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərc. D.Mustafayev) və 9-da “Baladadaşın toy hamamı” (F.Allahverdi və Elçin) əsərlərini təqdim edəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.
Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr balaca teatrsevərlərə dekabrın 8-də saat 12:00 və 14:00-də ana dilimizdə Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər), 7-də və 9-da saat 12-də isə Yağış göbələyinin macərası” (R.Şəfəq, V.Zimin) və Qızıl cücə” (V.Ulanovski, V.Orlov) musiqili əyləncəli nağıl tamaşalarını rus dilində göstərəcək.
Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Əməkdar artistlər Novruz Qartal, Səmayə Musayeva, Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Svetlana Bulax, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Rauf Babayev, Şaban Cəfərov, Yulya Heydərova, Elnarə Nağdəliyeva, Hüseyn və Gültac Əlililər, Elçin İmanov, Valeriya İsgəndərzadə, Əmrah Dadaşov, Şaban Cəfərov, Güldanə Əzimova, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev, Eleonara Mehdiyeva, Telnaz Hüseynova, Nərmin Əliyeva, Roman Krasnov, Murad Əliyev, kiçik yaşlı aktyor Rahib Məmmədzadə və başqaları ifa edəcəklər.
Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir- birindən maraqlı tamaşalara baxmağa dəvət edir.
Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.
-
Laçında bayram konserti - Video
...
-
Səidə Sultanın toyu olacaq - Video
...
-
Akif İslamzadə Prezidentə təşəkkür edib: "Böyük sevinc və xoşbəxtlik hissi keçirirəm”
...
-
Hadisə Bakıya gəlir - İlk dəfə açıq havada konsert verəcək
...
-
“Əsl Babək sizsiniz” - Rasim Balayevdən Prezidentə
...
-
Rasim Balayevlə bağlı - Sərəncam
...
-
Mübariz Mənsimova həsr olunan filmin anonsu yayımlandı - Video
...
-
Bu gündən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
...
-
“Sizi həm də Vaqif Mustafazadəyə görə sevirəm” - Əfsanəvi müğənni Bakıda - Fotolar
...
-
Afaq Bəşirqızı illər sonra səhnəyə çıxdı - Video
...