MDB başçılarının Peterburqda qeyri-rəsmi sammiti keçirilir

20:06 06-12-2018 | icon 3805
MDB başçılarının Peterburqda qeyri-rəsmi sammiti keçirilir

MDB ölkələrinin qeyri-rəsmi sammiti Peterburqda öz işinə başlayıb.

Görüş ənənəvi şəkil çəkilməsi ilə başlayıb. Daha sonra qonaqlar Rusiya prezidenti Vladimir Putini salamlayıblar.

Görüşdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Tacikistan prezidenti Emomali Rahmon, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov və Özbəkistan prezidenti Şavkat Mirziyöyev iştirak edir. 

Sammit dostluq yeməyi çərçivəsində davam edəcək. Burada hər bir iştirakçı istənilən məsələ barədə müzakirə qaldıra bilər.


Digər xəbərlər

0.54327297210693