Lüksemburqda gediş haqları ləğv edilir - Dünyada ilk

08:52 07-12-2018 | icon 4382
Lüksemburqda gediş haqları ləğv edilir - Dünyada ilk

Lüksemburq bütün nəqliyyat vasitələrində gediş haqqının ləğv ediləcəyi dünyanın ilk ölkəsi olacaq.

Gələn ilin yayından etibarən hökumət avtobus, tramvay, şəhərlərarası qatarları ödənişsiz edəcək. Bu qərar yollardakı tıxacların qarşısını almaq üçün qəbul edilir.

Hersoqluğun əhalisi 600 min nəfərdir. Bununla belə gün ərzində Almaniya və Fransadan Lüksemburqa yüz minlərlə insan işləməyə gəlir. Bu səbəbdən yollarda tıxac yaranır. 

Lüksemburqda gələcəkdə birinci və ikinci sinif qatarlarda da gediş haqqının ləğvi nəzərdə tutulur.


Digər xəbərlər

0.28141808509827