Nazir Fəxrəddin Manafovla bağlı göstəriş verdi - Video

09:07 07-12-2018 | icon 2560
Nazir Fəxrəddin Manafovla bağlı göstəriş verdi - Video

Ötən gündən xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından ayrılması haqda rəsmi açıqlaması ciddi rezonans doğurub. 

 Mədəniyyət Nazirliyi məsələyə dərhal reaksiya verib və artıq araşdırılma aparıldığını bildirib.
 
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib ki, F.Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrında yaradıcılıq fəaliyyətini dayandırması barədə xəbər onlar üçün çox gözlənilməz olub.
 
Şöbə müdiri əlavə edib ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş verib.
 
Məsələyə Rus Dram Teatrının direktoru Ədalət Hacıyev də münasibət bildirib və Fəxrəddin Manafovu yüksək dəyərləndirdiyini, onun bütün şərtlərinin yerinə yetiriləcəyini qeyd edib.
 
Mövzu ilə bağlı daha ətraflı süjeti təqdim edirik:

 


Digər xəbərlər

0.26067900657654