Yol polisi rəisi satıcı qızı ölümdən qurtardı – Oğlu fəxr etdi - FOTO

09:36 07-12-2018 | icon 4860
Yol polisi rəisi satıcı qızı ölümdən qurtardı – Oğlu fəxr etdi - FOTO

DYP rəisi ilkin tibbi yardım göstərərək qızın həyatını xilas edib

Cəlilabad rayonunda qeyri-adi hadisə baş verib. Qəflədən halı pisləşən qızı yol polisi rəisi ölümdən qurtarıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Cəlilabad rayon DYP bölməsinin rəisi, polis mayoru Şaiq Ağayev rayondakı mağazaların birində olarkən orada satıcı işləyən qızın epileptic qızolması tutub. Bunu görən DYP rəisi ilkin tibbi yardım göstərərək qızın həyatını xilas edib.

DİN- İnstagram səhisəsində yayılan bu xəbərə xoş sözlərə yazan izləyicilər arasında DYP rəisinin oğlu da var. O atasının şəklinə bu cür şərh yazıb: “Ömür boyu səninlə fəxr etmişəm və edəcəm ki, bu cür insanın oğluyam. Səninlə fəxr edirəm, ata!”.(Avtosfer.az )

 


Digər xəbərlər

0.20936417579651