Nəsimidə “Nəsillərə əmanət” adlı anım tədbiri keçirilib

18:51 07-12-2018 | icon 2954
Nəsimidə “Nəsillərə əmanət” adlı anım tədbiri keçirilib

Dekabrın 6-da Nəsimi Rayon İcra Hakimiyyətinin və  Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Nəsillərə əmanət” adlı anım tədbiri keçirilib.

İH-dən daxil olan xəbərə görə, tədbirdə əvvəlcə YAP Nəsimi rayon təşkilatının fəal gənclərinin iştirakı ilə hazırlanmış “Nəsillərə əmanət” filmi nümayiş olunub.

İcra başçısı Asif Əsgərov Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. O, Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi Heydər Əliyev idi. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, Heydər Əliyev xalqımıza üç əmanət miras qoyub. Bunun birincisi müasir müstəqil Azərbaycan Respublikasıdır ki, dövlətimizi təhdid edən qüvvələr yox edildikdən sonra onun təhlükəsizliyi xalqımıza əmanət olunub. İkincisi, Yeni Azərbaycan Partiyasıdır. Bu siyasi qurum yarandığı gündən ölkədə intellektual kadrların yetişdirilməsində mühüm tədbirlər həyata keçirib. Üçüncü əmanət isə Azərbaycan Prezidenti İlham Əliyevdir. 

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və digərləri tədbirdə çıxış edib. 

 


Digər xəbərlər

0.27537298202515