Azərbaycan neftinin son qiyməti

11:26 08-12-2018 | icon 3471
Azərbaycan neftinin son qiyməti

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 60,24 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 3,82 dollar/barel azdır. 

Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 58,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,83 dollar/barel azdır.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 6-da 55,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,72 dollar/barel azdır.
 
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti dekabrın 6-da 57,35 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,91 dollar/barel azdır.


Digər xəbərlər

0.25666308403015