“SOCAR”da yetişən nazir və məmurlar - SİYAHI
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) - dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında birbaşa iştirak edən şirkət eyni zamanda onlarla nüfuzlu məmur üçün sözün yaxşı mənasında məktəb olub. Təsadüfi deyil ki, hazırda müxtəlif nazirliklərə və dövlət qurumlarına rəhbərlik edən şəxslərin bir çoxu peşəkar karyerasına məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətində başlayıb.
"SOCAR”da peşəkar karyeraya başlayan yüksək vəzifəli məmurlarla bağlı araşdırma aparılıb.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov 1970-2005-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Burada adi mühəndisdən idarə rəisi, şirkətin birinci vitse-prezidenti vəzifəsinə qədər yüksəlib. Şirkətdə sonuncu iş yeri isə Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsi olub.
İqtisadiyyat naziri, Tarif Şurasının sədri Şahin Mustafayev 2003-2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 2003-2005-ci illərdə şirkətin baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidenti olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 1999-2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 1999-2006-cı illərdə şirkətin Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentinin böyük mütəxəssisi və müdiri vəzifələrində işləyib.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 1994-2010-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətdə Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, Azərbaycan Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində işləyib.
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 1989-2007-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətdə ilk iş yeri "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsi olub. 2006-2007-ci illərdə şirkətdə Sosial İnkişaf İdarəsinin rəisi və Azərbaycan Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti vəzifələrində işləyib.
Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, millət vəkili Kamran Nəbizadə 1993-1998-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışan K.Nəbizadə 2003-cü ildə yenidən yolunu "SOCAR”dan salıb və şirkətdə yüksək vəzifə daşıyıb.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də "SOCAR”ın yetirməsidir. 1980-1990-cı illərdə şirkətdə sıravi işçi kimi çalışan gələcək başçı 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifəsində işləyib.(Azxəbər.com)
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...