“Şəki” restoranının sahibinin oğluna cinayət işi açılıb
Keçmiş deputat, “Şəki” restoranının sahibi Fərhad Qəribovun oğluna cinayət işi açılıb. Ata Qəribovun biznesini idarə edən 4 oğlundan biri, Rəşad Qəribov Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə ittiham olunub. Onun barəsindəki cinayət işi Vergilər Nazirliyinin araşdırması əsasında başlanılıb.
Bir neçə ay əvvəl istintaq yekunlaşaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. Burada məhkəmə istintaqı zamanı R.Qəribov barəsindəki cinayət təqibinə xitam verilib.
Bu iş üzrə mülki iddiaçı kimi tanınmış Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Nazirlik R.Qəribovun dövlət büdcəsinə ödəməkdən yayındırdığı iddia etdiyi pulun ödənilməsini tələb edib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov isə nazirliyin şikayətini təmin etməyib və qərarı qüvvədə saxlayıb.
Vergilər Nazirliyi bu dəfə daha yuxarı instansiyaya müraciət edib. Ali Məhkəmə dekabrın 5-də işə baxıb. Cinayət Kollegiyasının hakimi Tahir Kazımov da nazirliyə “yox” deyərək kassasiya şikayətini təmin etməyib.
-
İrandakı səfirliyimizə hücumun yayımlanmayan görüntüləri - Video
...
-
Rəşad Dağlı özünü təqsirli bilmir
...
-
Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - Video
...
-
“İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq”
...
-
“İPhone”a görə saxlanılan millimizin üzvləri ilə bağlı - Qərar
...
-
Rəşad Dağlı daha bir maddə ilə ittiham olunur
...
-
“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü - Video
...
-
“Könül DTX zabiti olduğunu, xüsusi tapşırıqla həbsə salındığını demişdi”
...
-
Rəşad Dağlının işinə bu hakim baxacaq
...
-
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barədə qərar verildi
...