Şahin Mustafayev Serbiyada səfərdə olub - Fotolar
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Serbiyada səfərdə olub.
Nazirlikdən verilən məlumata görə, Serbiyanın Baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyətləri üzvlərinin və Serbiya şirkətlərinin iştirakı ilə Dəyirmi Masa keçirilib.
Tədbirdə Azərbaycanda yaradılmış əlverişli biznes və investiya mühiti barədə məlumat verilib, Azərbaycan və Serbiya işgüzar dairələri arasında əlaqələrin inkişafına, biznes sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.
Həmin gün Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib. İclasda çıxış edən Ş.Mustafayev iki ölkənin əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, dövlət başçılarının əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.
Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də ticarət əlaqələridir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 36%, 2018-ci ilin ilk 9 ayında isə 33% artıb.
Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri, Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayıb, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, energetika, kənd təsərrüfatı, infrastruktur, İKT, turizm və s. sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.
İclasda komissiya üzvləri müzakirə olunan məsələlərə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.
-
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
...
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...