Lənkəranda 800 nəfər pulsuz müayinə olundu - Fotolar

19:06 09-12-2018 | icon 3098
Lənkəranda 800 nəfər pulsuz müayinə olundu - Fotolar

Dekabrın 8-9-da Lənkəran Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə Mərkəzi Neftçilər Xəstəxanasının 20 nəfərlik həkim briqadası Lənkəran Mərkəzi Poliklinikasının binasında xeyriyyə aksiyası keçirib.

Aksiya zamanı şəhər və rayonun ayrı-ayrı yaşayış məntəqələrindən olan vətəndaşlar göz, uşaq xəstəlikləri, ümumi və uşaq cərrahiyyəsi, nevrologiya, ürək-damar xəstəlikləri, ginekologiya, travmatologiya, kardiocərrahiyyə və s. xəstəliklər üzrə pulsuz müayinədən keçməklə yanaşı, həmçinin yerindəcə müalicə ilə də təmin olunublar.

Təcrübəli həkimlər iki gün ərzində ümumilikdə 800-ə yaxın xəstəni müayinə edərək onlara lazımi məsləhətlər veriblər. Daha ağır xəstələrin müalicəsinin Bakıda davam etdirilməsi tövsiyə olunub.

 




Digər xəbərlər

0.41752696037292