Aygünə mükafatı təqdim olundu - Fotolar + Video

08:32 10-12-2018 | icon 5711
Aygünə mükafatı təqdim olundu - Fotolar + Video

Türkiyədə nüfuzlu “Altın Kelebek” mükafat mərasimi keçirilib.

Gecədə xalq artisti Aygün Kazımova da iştirak edib. 

Pop ulduza “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib mükafatı təqdim edilib.  

Xalq artistinin tədbirdən fotosu sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, sözügedən nominasiya üzrə namizədlər arasında Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli də olub. Lakin Kazımova Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi tədbirdə iştirak etmək hüququ əldə edib. 

Aygün Kazımovaya mükafatı makiyaj ustası Önder Tiryaki təqdim edib. O, mərasimdə “S.U.S” adlı mahnısını səsləndirib.

 







Digər xəbərlər

0.31269001960754