Azərbaycanlı alim beynəlxalq konfransda iştirak edib

18:25 10-12-2018 | icon 2673
Azərbaycanlı alim beynəlxalq konfransda iştirak edib

Azərbaycanlı alim beynəlxalq konfransda iştirak edib

 

Dekabrın 7-də  Rusiya Federasiyasının Çelyabinsk şəhərində “Rusiya və MDB ölkələrinin aktual hüquqi problemləri -2018” mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib.

Konfrans Cənubi Ural Dövlət Universitetinin 75 və Rusiya konstitusiyasının 25  illiyinə həsr olunub. Konfransda Rusiya və MDB ölkələrinin hüquq sistemində baş verən yeniliklər, mövcud hüquq problemləri və onların həlli yolları müzakirə edilib. Konfransda Rusiyanın dövlət, qanunvercilik və məhkəmə orqanlarının nümayəndələri, həmçinin MDB ölkələrinin təmsilçiləri iştirak edib.

 Beynəlxalq konfransda Azərbaycanı Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsi, Hüquqşünaslıq kafedrasının doktorantı Aqil Nuriyev təmsil edib.


Digər xəbərlər

0.27144908905029