“Enerji ilə bağlı alternativ yollar tapılmalıdır” - Nazir
“2040-cı ilə kimi dünyada elektrik enerjisi sektorunda investisiyaların 3/2-i bərpaolunan enerji mənbələrinin payına düşəcək”.
Bunu bu gün keçirilən aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forumunda Energetika naziri Pərviz Şahbazov deyib. “Enerji tələbatındakı artımın 40 faizinin bu mənbələr hesabına ödənəcəyi gözlənilir”.
P.Şahbazovun sözlərinə görə, enerji vasitələrinin siyasi məqsədlərin alətinə çevrilməsi enerji təhlükəsizliyinə xələl gətirir: "Son illər neftin qiymətlərində dəyişiklik bir daha onu göstərir ki, təkcə enerjiyə çıxışı olmayan ölkələr deyil, həmçinin enerji ilə zəngin ölkələr də alternativ yollar tapmalıdırlar. Hazırda Azərbaycanda alternativ və bərpa olunan enerjinin payı 18%-ə çatır".
Nazir bildirib ki, Azərbaycan hazırda EBRD və ADB ilə birlikdə alternativ və bərpa olunan enerji sahəsi ilə bağlı layihələr həyata keçirir.
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...