“Nar” gənclərə karyera qurmaqda dəstək olur”
“Nar” Gənclər Fondunun təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr edilən “Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı”nda iştirak edib. “Nar” gənclərə dəstək məqsədilə festival çərçivəsində təşkil edilən karyera sərgisində media əlaqələri, məhsulların inkişafı, kiçik və orta müəssisələr üzrə satış mütəxəssisi və digər vakant yerlərə sənəd qəbulu təşkil edib.
Dekabrın 7-si keçirilən sərgidə “Azerfon” MMC (“Nar” ticarət nişanı) ilə yanaşı 60-dan çox şirkət iştirak edib. Sərgi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində təşkil edilib. Layihə Heydər Əliyev Fondu, Gənclər Fondu, “ASAN Xidmət”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Gənclər Fondu tərəfindən icra olunub. Əsas məqsəd gənclərin məşğulluğunun artırılması, iş təcrübəsi olmayan gənclər üçün karyera fürsəti yaratmaq, məşğulluq bacarıqlarını inkişaf etdirməklə, onların iş imkanlarını genişləndirməkdir.
Qeyd edək ki, gənclərə dəstək “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. “Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı “nar.az” saytından əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97 faizini əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...