Heydər Əliyev Fəxri Xiyabanda - Video

08:46 12-12-2018 | icon 2734
Heydər Əliyev Fəxri Xiyabanda - Video

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Anım mərasimində DTX rəisi general-polkovnik Mədət Quliyev, xidmətin əməkdaşları, veteranlar və müvafiq hərbi hissənin zabit və əsgər heyəti ziyarətdə iştirak edib.

Onların arasında DTX-nın N saylı hərbi hissəsinin əsgəri, prezident İlham Əliyevin oğlu Heydər Əliyev də olub.

Xalqımızın liderinin məzarı önünə əklil qoyulub, xatirəsi yad edilib.

Daha sonra görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarı ziyarət olunub.

 




Digər xəbərlər

0.27447605133057