Azərbaycan nümayəndə heyəti andiçmə mərasimi üçün Gürcüstana gedəcək
Gürcüstan yeni prezidentin andiçmə mərasimi üçün diplomatik münasibətlərinin olduğu bütün dövlətlərə, eləcə də beynəlxalq təşkilatlara dəvətnamə göndərib.
Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
Nazir deyib ki, artıq bəzi ölkələr Gürcüstanın yeni prezidentinin andiçmə mərasimində iştirak edəcəklərini bildiriblər. Andiçmə mərasimində bir sıra ölkələrin prezidentlərinin, Səudiyyə Ərəbistanı, Çexiya, Serbiya, Litvadan gələcək nümayəndə heyətlərinə parlament sədrlərinin rəhbərlik edəcəkləri gözlənilir.
Azərbaycan nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi hələlik bilinmir.
Xatırladaq ki, prezidentin andiçmə mərasimi dekabrın 16-da Telavi və Tbilisi şəhərlərində, həmçinin Telavidən 10 kilometr məsafədə yerləşən Tsinandali kəndində təşkil olunacaq.
S.Zurabişvili Telavi şəhərində təntənəli and içəcək. Yeni prezidentin Tsinandali kəndində mərasimə təşrif buyurmuş qonaqları qəbul edəcəyi gözlənilir. Dövlət başçısı, həmçinin paytaxt Tbilisidə ictimai xadim İlya Çavçavadzenin məzarının və Qəhrəmanlar abidəsinin önünə əklil qoyacaq.
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...