Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Heydər Əliyevin xatirəsi anılıb

09:03 12-12-2018 | icon 777
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Heydər Əliyevin xatirəsi anılıb
loading...

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Mədət QuliyevMilli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, millət vəkilləri, Olimpiya və dünya çempionları, akademiyanın müəllim və tələbə heyəti iştirak edib.

Əvvəlcə mərasim iştirakçıları Akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Anım tədbirin məqsədi müstəqil Azərbaycanın banisi olan dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri və görkəmli nailiyyətləri haqqında gənc nəsli məlumatlandırmaq, ümummilli liderin əziz xatirəsini yad etmək olub.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub, daha sonra isə Tofiq Quliyevin adına 12 nömrəli musiqi məktəbin tələbələri ümummilli liderin sevimli mahnılarını ifa ediblər.


Digər xəbərlər

0.37050580978394