Lənkəranda anım mərasimi keçirilib
Heydər Əliyevin vəfatının 15 illiyi ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da anılıb.
Lənkəran İH-dən daxil olan xəbərə görə, Heydər Əliyev xatirə parkında keçirilmiş Ulu Öndərin anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin nümayəndələri, habelə minlərlə sadə lənkəranlı səhər saatlarından etibarən xatirə parkına gəlib dahi rəhbərin möhtəşəm abidəsi önünə gül-çiçək dəstələri düzməklə, Ümummilli Liderə sonsuz sevgi və ehtiramlarını ifadə ediblər.
Anım günü ilə bağlı rayonun idarə və təşkilatlarında, Lənkəran Dövlət Universitetində, Humanitar və Tibb kolleclərində, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində silsilə tədbirlər keçirilir, sakinlər axın-axın Heydər Əliyev Mərkəzindəki müzeyə baş çəkib Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olur, burada təşkil olunmuş elmi-praktik konfranslarda, bədii qiraət müsabiqələrində, kitab sərgilərində yaxından iştirak edirlər.
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...
-
Perspektiv əməkdaşlıq istiqaməti
...
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...