Gömrük Komitəsində Heydər Əliyevin xatirəsi yad edilib
Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə Dövlət Gömrük Komitəsində anım mərasimi keçirilib.
Mərasimdən əvvəl Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, xalqımız dahi rəhbərin əziz xatirəsini unutmur, daim onun ideyalarına böyük sədaqət nümayiş etdirir.
Komitə sədri qeyd edib ki, dahi rəhbərin ideyaları bu gün də yaşayır. İstər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, istər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ulu öndərin ideyalarının həyatda vəsiqə qazanması, Ümummilli Liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Səfər Mehdiyev vurğulayıb ki, Azərbaycan gömrük orqanları da məhz ulu öndərin uzaqgörən siyasəti, yüksək idarəçilik qabiliyyəti sayəsində mühüm dövlət təsisatlarından birinə çevrilib və ölkəmizin gömrük əməkdaşları Heydər Əliyev ideyalarına daim sadiqdirlər.
Sonra çıxış üçün söz tədbirə dəvət olunmuş Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyliyə verilib.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...
-
Sülh sazişi niyə imzalanmır? - Video
...
-
Qarşılıqlı həmrəylik və dəstək güclü olanda
...
-
COP29-un Azərbaycanda keçirilməsi obyektiv zərurətdən doğur
...
-
Bərpaolunan enerjinin böyük gələcəyi vardır
...
-
Cənub Qaz Dəhlizi Avropa Birliyinin mənafeyinə xidmət edir
...
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...