“Real”, “Mançester Yunayted” və “Yuventus” məğlub oldu - Gecənin sensasiyaları

08:52 13-12-2018 | icon 3402
“Real”, “Mançester Yunayted” və “Yuventus” məğlub oldu - Gecənin sensasiyaları

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Turun sonuncu - 6-cı turunda 1/8 finala yüksələn bütün komandalar müəyyənləşib.

“Real”, “Mançester Yunayted”, “Yuventus”, “Roma” kimi nəhəng klubların məğlub olduğu gecədə, “Bavariya” da xal itirib.

 

Maraqlı hadisələr G qrupunda baş verib. MOİK səfərdə “Real”ı 3:0 hesabı ilə məğlub etsə də qrupdan çıxa bilməyib. Belə ki, “Viktoriya”nın “Roma”nı məğlub etməsi səbəbindən MOİK 4-cü yeri tutub. “Viktoriya” MOİK-lə eyni xal (7) toplasa da, şəxsi oyunlara görə rəqibini qabaqlayıb və Avropa Liqasına vəsiqə qazanıb.

Nəticələri təqdim edirik:

E qrupu

“Ayaks” (Hollandiya) - “Bavariya” (Almaniya) - 3:3

Qollar: Lebandovski, 13, (0:1), Tadiç, 61 (1:1), 82-pen. (2:1), Levandovki,86-pen. (2:2),  Taqliafiko, 90:5 (3:2), Koman, 90 (3:3)

“Benfika” (Portuqaliya) - AEK (Yunanıstan) - 1:0

Qol: Qrimaldo, 88

 

F qrupu

“Mançester Siti” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) - 2:1

Qollar: Kramariç, 16 (0:1), Sane, 45+1 (1:1), 61 (2:1)

“Şaxtyor” (Ukrayna) - “Lion” (Fransa) - 1:1

Qollar: Moraeş, 42 (1:0), Fekir, 65 (1:1)

 

G qrupu

“Real” (İspaniya) - MOİK (Moskva, Rusiya) - 0:3

Qollar: Çalov, 37, Şennikov, 43, Siqurdsson, 73

“Viktoriya” (Çexiya) - “Roma” (İtaliya) - 2:1

Qollar: Kovarik, 62 (1:0), Cengiz Ünder, 68 (1:1), Çori, 72 (2:1)

 

H qrupu

“Valensiya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 2:1

Qollar: Soler, 17, Yones, 47 (avtoqol) - Raşford, 97

“Yanq Boyz” (İsveçrə) - “Yuventus” (İtaliya) - 2:1

Qollar: Hoarau, 30, 68 -  Dibala, 80

 

Beləliklə, aşağıdakı klublar Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıblar:

"Mançester Siti", "Mançester Yunayted", "Tottenhem", "Liverpul" (hamısı İngiltərə),

"Bavariya", "Borussiya" (Dortmund), "Şalke" - Almaniya

"Barselona", "Real", "Atletiko" - İspaniya

"Yuventus", "Roma" - İtaliya

PSJ, "Lion" - Fransa

"Porto" - Portuqaliya

"Ayaks"  Hollandiya

 

Avropa Liqasının 1/16 finalına yollananlar:

"Napoli", "İnter" - İtaliya

"Qalatasaray" - Türkiyə

"Brügge" - Belçika

"Benfika" - Portuqaliya

"Valensiya" - İspaniya

"Viktoriya" - Çexiya

"Şaxtyor" - Ukrayna


Digər xəbərlər

0.27157998085022