Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.
Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr dekabr ayının 14-də saat 19:00-da "Nuri-
didə Ceyhun” (Ə.Əmirli), 15-də saat 12:00 və saat 19:00-da “Ər və arvad” (Ü.Hacıbəyli),
16-da saat 19:00-da 999-cu gecə” (F.Əmirovun musiqiləri və Min bir gecə nağıllarının
motivləri əsasında) əsərlərini təqdim edəcək.
Teatr kollektivi balaca teatrsevərlərə dekabrın 14-də saat 11:00-da Bremen
musiqiçiləri və Pen” (C.Barri, Qrim qardaşları), 16-da saat saat 11:30-da Qoğalın
məcaraları” (Rus xalq nağılı, rus dilində) və 14:00-da Yatmış gözəl və cırtdanlar” (Ş.Pero,
səhnələşdirən A.Sadıqov) musiqili əyləncəli nağıl tamaşalarını göstərəcək.
Nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar - Xalq artistləri İlham Namiq
Kamal, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə
Orucova, Boris Qrafkin, Svetlana Bulax, Əkbər Əlizadə, Nəsibə Eldarova, Şövqü Hüseynov,
aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salmanova, Elçin İmanov, Məhərrəm Qurbanov,
Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülnarə Abdullayeva, Nicat Əli,
Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Elxan İsmayılov, Ağaxan Şərifov, Emil Heydərov,
Rauf Babayev, Firuz Məmmədov, Gülnarə Əzizova, Nadir və Səməd Xasıyevlər, Yulya
Heydərova, Hüseyn Əlili, Əmrah Dadaşov, Şaban Cəfərov, Ruslan Mürsəlov, Türkel
Tariqpeyma, Elməddin Dadaşov, Fərid Rzayev, Pərvin Dadaşova, Telnaz Hüseynova, Zaur
Əliyev, Eleonara Mehdiyeva, Nərmin Əliyeva, Güldanə Əzimova, Zarina Qurbanova, Murad
Əliyev, Roman Krasnov, Yaqub Bəhramov, balaca aktyorlar Hüseyn Nağıyev və Amin
Heydərov ifa edirlər.
Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı
tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün
teatr-konsert kassalarından və ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından
əldə edə bilərlər.
-
Musiqili Teatrda qəribə yubiley tamaşası – “Qorxma, biz səninləyik!”
...
-
“Qadınlar yaşlandıqca daha seksual olurlar” - Fotolar
...
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...