““Qarabağ”a hörmətlə yanaşırıq” - Unay Emeri
“Bizim məqsədimiz qrupda birinci olmaq idi. Bunu da bacardıq. Lakin “Qarabağ”a hörmətlə yanaşırıq”.
Bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib. İspaniyalı mütəxəssis Ağdam klubu ilə görüşdə daha çox gənc futbolçulara şans verəcəyini bildirib: “Bəzi gənc futbolçularla oynayacağıq. Hansı ki, onların 23 yaşı tamam olmayıb. Loran Koselni də sabah meydanda olacaq. Uzun müddət zədədən əziyyət çəkdiyi üçün oyun təcrübəsi qazanmasını istəyirəm. Onun fiziki formasını görməliyik ki, həftə sonu "Sauthempton"la Premyer Liqa matçında meydana çıxıb-çıxmayacağına qərar verə bilək”.
Emeri komandanın liderlərindən olan Məsut Özilin sabahkı görüşdə meydanda olacağını da qeyd edib: “Özil komanda ilə birlikdədir. 18-likdə yer alacaq. Ancaq meydana ilk dəqiqədən və ya sonra daxil olacağına qərar verəcəyik”.
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...