“100 min manatımı oğurladılar, gecə yata bilmirdim” - Nadir

22:53 13-12-2018 | icon 3635
“100 min manatımı oğurladılar, gecə yata bilmirdim” - Nadir

Müğənni Nadir Qafarzadənin evindən pul oğurlayıblar.  Bu barədə sənətçi “5-də 5” proqramına qonaq olarkən danışıb. 

O, bir müddət bundan əvvəl mənzilindən 100 min manata yaxın pul oğurladığını etiraf edib: “Xeyli pulumu oğurladılar. Evə kamera qoymamışam. Mən öncə bir xanımdan şübhələnmişdim. Sonra  bildim ki, o deyil. Zəng vurub üzr istədim, gözümlə görməmişəm, o dünyaya günah aparmaq istəmirəm. 

100 min manata yaxın pulumu oğurladılar. Həyat yoldaşım mənə çox dəstək oldu, gecə yata bilmirdim, yuxu dərmanı qəbul edirdim. Əziyyətlə qazanılmış pullar idi. Hadisə təxminən 1 il yarım bundan əvvəl baş vermişdi”.


Digər xəbərlər

0.26536893844604