Azərbaycan nefti bahalaşıb

08:25 14-12-2018 | icon 2898
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 63,01 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,49 dollar/barel çoxdur. 

 

Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 61,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 12-də 57,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur
 
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti dekabrın 12-də 60,23 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.


Digər xəbərlər

0.31165790557861