Şəhid ailələri, Qarabağ və 20 Yanvar əlillərinə - 145 mənzil bağışlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə 145 mənzil verilib.
Qurumdan daxil olan məlumata görə, mənzillər Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində yeni yaşayış binalarından alınıb.
Mənzillərin sənədlərinin təqdim olunması tədbirində çıxış edən nazir müavini Vüsal Nəsirli bildirib ki, dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 2,8 dəfə çox olmaqla 600-ə yaxın mənzilin təqdim edilməsinə imkan verib.
Bu ay ərzində Bakı və Abşeronda yeni mənzillərin, İmişlidə 54 mənzilli, Şamaxıda 36 mənzilli yaşayış binalarının, ayrı-ayrı rayon və şəhərlərdə də tikintisi başa çatan fərdi yaşayış evlərinin istifadəyə verilməsi planlaşdırılıb.
Tədbirin sonunda mənzillər püşkatma qaydasında paylanılıb.
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...