““Serj, 5 rayonu geri qaytar” dedim, o isə…” - Lukaşenko ilk dəfə açıqladı
Prezident Aleksandr Lukaşenko daha əvvəl Belarusla Rusiyanın birgə iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırlanan təklif barədə ilk dəfə danışıb.
Dövlət başçısı bu məsələnin hələ Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitlərindən birində, Serj Sarkisyanın prezident olduğu dönəmdə müzakirə edildiyini xatırladıb. Lukaşenko o zaman Azərbaycan və Ermənistan liderlərini güzəştə gedərək problemi birgə həll etməyə çağırdığını vurğulayıb. Daha sonra Lukaşenko Sarkisyanla söhbətnin məzmununu açıqlayıb:
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar. Qaytarmamaq üçün nə kimi səbəb ola bilər, axı onlar boş qalıblar. O isə dedi: əgər qaytarsam, onlar yolu kəsəcəklər, Qarabağı tutacaqlar və sair. Biz isə Putinlə açıq şəkildə söz verdik ki, belə olan halda biz öz qoşunlarımızı yeridər və buna imkan vermərik”. Sarkisyan isə dedi: yox, biz buna getməyəcəyik, bunu istəmirik”.
Lukaşenko o zaman bunu təəccüblə qarşıladığını deyib: “Niyə görə istəmirlər? Beş rayon boşdur. Bu ilk addım olardı. O zaman Azərbaycan da, Ermənistan da KTMT və Avrasiya İqtisadi Birliyində olardı. Niyə imtina etdiniz? Axı Rusiya təminat verdi ki, əgər həmin rayonlar azad edilsələr orada heç vaxt müharibə olmayacaq. Hansı ki, özünüz də etiraf edirsiniz ki, onlar Azərbaycanındır”.(qafqazinfo)
-
Sumqayıt ictimaiyyəti və gəncləri arasında ekoloji maarifləndirici tədbir keçirilib - FOTOLAR
...
-
Ordumuzun mövqeləri 16 dəfə atəşə tutulub
...
-
Ötən gün mövqelərimiz 30 dəfə atəşə tutulub - MN
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ordumuzun Aprel qələbəsindən 8 il ötür
...
-
Ermənistan Azərbaycanla sərhədə qoşun yığır - Görüntülər
...
-
Nazirlik erməni teleqram kanallarında yayılan xəbərlərlə bağlı məlumat yaydı
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ermənistanın təxribatına qarşı “qisas əməliyyatı” keçirildi - Ciddi itkiləri var
...
-
Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub - VİDEO
...