Naxçıvanın ev sahibliyi etdiyi tədbirin bağlanışı oldu - Fotolar

13:59 16-12-2018 | icon 2387
Naxçıvanın ev sahibliyi etdiyi tədbirin bağlanışı oldu - Fotolar

Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və Təşkilat Komitəsinin üzvləri ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə baxıblar. Sonra Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbirində iştirak ediblər.

 

 






Digər xəbərlər

0.31708383560181