1GB 5 manat, 117 mb oğurlanır, statistikası 4 manat… - Bakcell-dən növbəti fırıldaq ƏMƏL
"Bu yaxınlarda Bakcelldən zəng edib nömrəmi pulsuz 4G ilə əvəz etdilər. Evə kimi gətirdilər. Bilirdim ki, nəsə zibili çıxacaq".
Bu sözləri jurnalist Məhəmməd Türkmən sosial şəbəkədəki səhifəsində yazıb.
O bildirib ki, ötən gecə nömrəni əsas telefona taxıb və 1GB internet paketi götürüb:
"Bundan sonra sadəcə sürətini saytda yoxladım və 117 mb internetim hesabdan silindi. Bakcell-in xanım əməkdaşı mənə deyir ki, Wi-Fi ilə netə bağlansanız da, 4G aktivdirsə mb-dan gedir. Deyirəm, 117 mb 5 dəqiqə ərzində nəyə xərclənib? Deyir internetə. Mən də elə bilirdim kartof almışam buna. Deyirəm ki, sadəcə internet sürətini yoxlamışam. Deyir ki, "Həmin sayt internetlə işləyir". Dahidir də. Deyirəm statistika verin mənə. Deyir ki, "Yaxınlaşın müştəri xidmətlərindən götürün. Qəbz 4 manat". 1GB net paketi 5 manat, 117 mb oğurlanır, statistikası 4 manat. Yəni heç kim bu itkiyə görə bu pulu verməz. Hər şey hesablanıb".
Məsələ ilə bağlı "Bakcell"ə sorğu versək də, hələki cavab ala bilməmişik.
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...