“Keşlə” Kamran Ağayevlə bağlı bəyanat yaydı
“Keşlə” klubu bəyanat yayıb. Paytaxt təmsilçisi kapitanı Kamran Ağayevlə bağlı mətbuatda yayılan məlumata rəsmi münasibətini bildirib:
“16.12.2018-ci il tarixdə futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Qarabağ" - "Keşlə” matçından sonra komandamızın futbolçusu Kamran Ağayevin hakimlər otağına daxil olaraq müəyyən hərəkətlərə yol verməsi barədə bəzi elektron kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumat yayılmışdı. Bildirmək istəyirik ki, Kamran Ağayev hakimlərə qarşı hər hansı bir qeyri-adekvat hərəkətə yol verməyib. O, oyun zamanı sarı vərəqə ilə cəzalandırılmış komanda yoldaşı haqqında doğru qərar qəbul etməsini hakimlər heyətindən xahiş etməyə çalışıb. Bu hadisə “Keşlə”nin Müşahidə Şurasının sədri və AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun diqqətindən yaynmayıb və o, Kamran Ağayevdən hakimlər otağını dərhal tərk etməsini tələb edib. Klub rəhbərliyi belə davranışı heç bir halda məqbul saymır. Nəzərinizə çatdırmaq istəyirik ki, klub rəhbərliyi xırda nöqsanlar istisna olmaqla “Qarabağ" - "Keşlə” matçının hakimlər heyətinin idarəçiliyi ilə bağlı ciddi narazılığı yoxdur və istənilən etirazın Əsasnamə qaydalarına uyğun ifadə edilməsinin tərəfdarıdı”.
Qeyd edək ki, Kamran Ağayev Azərbaycan kubokunun ¼ final mərhələsində keçirilən “Qarabağ” – “Keşlə” (1:0) oyunundan sonra hakimlər otağına girərək onlara etiraz edib.
-
Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi
...
-
"Utkin olduqca savadlı, intelektual idman jurnalisti, dərin şərhçilik və yüksək yumor bacarığına malik idi"
...
-
“Xanlıq”dan sensasiya, “Ərgünəş” yenə xalsız qaldı
...
-
Futboldan ömürlük uzaqlaşdırıldılar - Azərbaycanda danışılmış oyunlar
...
-
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə təmizlik aksiyası həyata keçirib
...
-
Millimizin oyunları türkiyəli və estoniyalı hakimlərə tapşırıldı
...
-
“Neftçi” – “Spartak” matçının başlama saatı açıqlandı
...
-
“Beşiktaş” Qurban Qurbanovu istəyir
...
-
Azərbaycan Kubokunun finalı bu stadionda olacaq
...
-
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Ümumi Yığıncağı keçirilib
...