“Xaliq Faiqoğlu” Bakıya AVRO-6 standartlı yeni avtobuslar gətirdi
“Xaliq Faiqoğlu” MMC avtobus parkının müasir və ekoloji standartlara cavab verən yeni avtobuslarla yenilənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlığa başlamış və 14 dekabr 2018-ci il tarixində əməkdaşlıq proqramı çərçivəsində alınması nəzərdə tutulan 70 avtobusun ilk hissəsi Bakıya gətirilib.
AYİB ilə əməkdaşlıq çərçivəsində Türkiyənin “Anadolu İsuzu” şirkətinə sifariş edilmiş “İsuzu Citiport” markalı avtobuslar Avropanın ən komfortlu və erqonomik avtobusu hesab edilir. 2019-cu ilin modeli olan 12 metrlik (üçqapılı) bu nəqliyyat vasitələri Avro 6 emissiyalıdır. Avtobuslar sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait o cümlədən USB portlar, fiziki məhdudiyyətli insanlar üçün pandus və isitmə-soyutma sistemləri ilə təchiz olunmuşdur. Eleqant interyerə malik olan avtobuslar öz seqmentində liderdir və sərnişinlərin rəğbətini qazanmışdır. Qeyd edək ki, ətraf mühitin dostu hesab edilən bu nəqliyyat vasitələri bütün ekoloji standartlara cavab verir və AYİB kimi nüfuzlu maliyyə qurumunun bu layihəni maliyyələşdirməsində əsas məqsəd məhz Bakı şəhərində ətraf mühitin qorunmasıdı.
Məlumat üçün bildirək ki, “Xaliq Faiqoğlu” şirkəti ilə AYİB arasındakı kredit sazişi əsasında sifariş verilmiş avtobusların qalan hissəsi 2019-cu ilin ilk aylarında hissə-hissə Bakı şəhərinə gətiriləcək.
Qeyd edək ki, layihənin ümumi dəyəri 12 milyon avro təşkil edir.
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...