Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır
Fəaliyyətində müştəri məmnuniyyətinə böyük önəm verən və abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərən Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom “ MMC diler və xidmət şəbəkəsini daim təkmilləşdirir və inkişaf etdirir.
Göstərilən xidmət növündən asılı olmayaraq istifadəçilərin məmnunluğu və şirkətin məhsullarına qarşı loyallığı istehlakçılarla münasibətlərin daha dayanıqlı modelinin qurulmasında müstəsna əhəmiyyət daşıyır. Məhz bu səbəbdən Azercell şirkəti yarandığı gündən etibarən müştəri xidmətləri üzrə ölkədə innovativ metodları tətbiq etməyə davam edir. Şirkət hər il bütün diler və mağaza rəhbərlərini bir araya gətirərək, cari ilin nəticələri, abunəçilərə göstərilən xidmətin keyfiyyəti və gələcək perspektivlərin müzakirəsi ilə bağlı görüş təşkil edir. Bu il isə belə bir tədbir Qəbələ şəhərində baş tutub. Tədbirdə bütün Bakı və Region dilerləri və Eksklüziv mağazalarının nümayəndəlikləri iştirak edib. Görüşdə 2019-cu ildə xidmət keyfiyyətinin artırılması üçün təklif və tövsiyələr səsləndirilib. Görüş iştirakçıları üçün Türkiyədən dəvət olunan peşəkar satış mütəxəssisi seminar keçib. Qeyd edək ki, Azercell-in diler mağazasında çalışan əməkdaşlara davamlı olaraq Azercell Akademiyası tərəfindən təlimlər təşkil edilir, eləcə də, xaricdən dəvət olunan peşəkarlar müştəri məmnuniyyəti və satış üzrə xüsusi seminarlar keçirlər.
Nəzərinizə çatdıraq ki, hazırda Azercell abunəçilərini daim yüksək keyfiyyətli xidmətlə təmin etmək üçün Bakıda 138, bölgələrdə 168 diler, ümumilikdə isə 19 Eksklüziv mağazası fəaliyyət göstərir.
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...
-
“Nar” və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq
...