Səfər Mehdiyevin İsrailə səfəri davam edir
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.
Dekabrın 17-də Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İsrailə səfər çərçivəsində bu ölkənin İordaniya Haşimilər Krallığı ilə dövlət sərhədində yerləşən "Allenby" gömrük-buraxılış məntəqəsinə gəlib, burada gömrük orqanlarının iş prinsipi ilə yaxından tanış olub.
Nümayəndə heyətinin üzvlərinə bildirilib ki, gömrük-buraxılış məntəqəsində ən müasir texniki nəzarət vasitələri və innovativ layihələr tətbiq edilir.
İsrailli mütəxəssislər azərbaycanlı həmkarlarına sərhədkeçmə prosesi, gömrük nəzarəti prosedurları və elektron gömrük xidmətlərinin tətbiqini əyani şəkildə də nümayiş etdiriblər.
"Allenby" gömrük-buraxılış məntəqəsində gömrük işinin təşkili sahəsində görülən işlərdən məmnunluq duyan Azərbaycan nümayəndə heyətinin üzvləri burada həyata keçirilən yeniliklərdən faydalanmağın və tətbiq etməyin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...