“Adamı abırsız bir vəziyyətə salırlar” - Tahir Kərimli
Deputat Tahir Kərimli parlamentin bu gün plenar iclasında dövlət məmurlarının və deputatların Kütləvi İnformasiya Vasitələrində təhqir hədəfinə çevrilməsindən danışıb.
O, əvvəlcə bu məsələni tənzimləmək üçün “Mətbuat Şurası haqqında” qanunun qəbul olunmasını zəruri sayır: “Onların yeri gələndə cəzalandırılması məsələsinə baxılmalıdır. Eyni zamanda bu məsələ “Teleradio Şurası haqqında” qanuna da aiddir. Heç biz görmürük bir neçə günlüyünə də olsun hansısa televiziya verilişi dayandırılsın. Bizdə ciddi jurnalistlər var. Uzun müddət tanıdıqlarım da var. Onlar işlərinə vicdanla yanaşırlar.
Axşam Azərbaycan televiziyasında bizim komitə sədrlərindən biri feysbuk şəbəkəsindəki iyrəncliklərindən haqlı olaraq bəhs etdi. Sanki bizim mətbuat, sosial şəbəkələr uşaqlarımızın şəxsiyyətini uşaqlıqdan öldürməklə məşğuldurlar. Bunlar azmış kimi dövlətin parlamentini gözdən salırlar. Sosial şəbəkələrə informasiya yemi lazımdır. Sözləri dəyişirlər, kontekstdən çıxarırlar, ağızlarına gələni deyirlər. İstənilən səviyyədə dövlət məmurunu təhqir edirlər. Ona görə də qanunda bu məsələyə baxmaq lazımdır. Adamı abırsız bir vəziyyətə salırlar. Ailə tərbiyəsi görmüşük. 50-60 il yaşamışıq. Uşaqlıqdan bizi valideynlərimiz küçəyə buraxmayıb ki, o sözləri eşidək. Bizi açıq təhqir edirlər, biabır edirlər. Hər birimizin təhqir olunması parlamentin nüfuzunun aşağı salınması deməkdir. Əli Həsənov da öz müsahibəsinə bu məsələyə toxunub. Spikerin hətta Əhliman Əmiraslanova dediyi “deyəsən, dərmanın dozası yüksək oldu” fikrini də çevirib mənə qarşı deyirlər. Deyirlər ki, “Tahir Kərimli damarının dozası yüksək oldu”. Heç mən siqaret də çəkmirəm, bu nə sözdü mənə deyirlər”.
Buna cavabında Oqtay Əsədov qeyd edib ki, bəzən iclaslarda çıxış edən deputatların fikirlərini kontekstdən çıxarıb yayırlar. “Xahiş edirəm ki, bu məsələdə diqqətli olun. Kontekstdən söz çıxarmaq lazım deyil”.
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...