Abel Məhərrəmovun səfir oğlu mükafatlandırıldı - Fotolar
İspaniya Krallığı Diplomatiya Akademiyasının Madrid şəhərindəki mənzil-qərargahında bu akademiyanın yeni fəxri akademiklərinin təltif olunması mərasimi keçirilib.
Tədbirdə akademiyanın icraçı prezidenti Santiyaqo Velo de Antelo, idarə heyətinin üzvləri, İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin yüksəkvəzifəli şəxsləri, İspaniyanın xarici ölkələrdəki səfirləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və digər tanınmış şəxslər iştirak ediblər.
Tədbir zamanı İspaniyada akkreditə olunmuş dörd ölkənin – Azərbaycan, Avstriya, Rumıniya, Ekvatorial Qvineyanın səfirləri akademiyanın yeni fəxri akademiki adına layiq görülüblər.
Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov fəxri akademik adına layiq görüldüyü üçün İspaniya Krallığı Diplomatiya Akademiyasının icraçı prezidentinə və idarə heyətinin üzvlərinə minnətdarlığını bildirib. O, Azərbaycan prezidentinin müəyyən etdiyi strategiyaya uyğun olaraq ölkəmizlə İspaniya arasında münasibətlərin bu gün yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib.
Sonda fəxri akademik adına layiq görülmüş şəxslərə İspaniya Krallığı Diplomatiya Akademiyasının fəxri diplomu və nişanları təqdim edilib.
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...