Arif Məlikovun yubileyi qeyd olundu

18:59 19-12-2018 | icon 2916
Arif Məlikovun yubileyi qeyd olundu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində böyük bəstəkarımız, SSRİ xalq artisti, akademik Arif Məlikovun 85 illik yubileyi münasibətilə konsert keçirilib.

Konsertin aparıcısı musiqişünas Leyla Həsənova böyük bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. 

Sonra isə bəstəkarın fortepiano əsərlərindən, balet musiqisindən, eləcə də kino musiqisindən nömrələr məktəbin şagirdləri və müəllimləri tərəfindən səsləndirilib. 

Tədbirdə iştirak edən A.Məlikovun tələbələrindən Ceyhun Allahverdiyev və Gülnarə Məmmədova öz təəssüratlarını bölüşüblər. Ceyhun Allahverdiyev çıxış edərək müəllimi haqqında xatirələrini söyləyib. 

 

 

Digər xəbərlər

0.26130104064941