Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur
Gənclərin karyera qurması, işlə təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən layihələri hər zaman dəstəkləyən Azercell növbəti dəfə “Karyera sərgisi”nə qatılıb.
Azərbaycan Texniki Universitetində təşkil olunan sərgidə Azercell şirkəti fəallığı ilə seçilib. Yarmarkada iştirak edən şirkət nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunları və sərgi iştirakçılarını şirkətdə mövcud olan vakansiyalar barədə məlumatlandırıblar. İnsan Qaynaqları şöbəsinin əməkdaşları tələbə və məzunları şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları ilə tanış ediblər, onları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.
Qeyd edək ki, “Azercell Telekom” MMC ilə Azərbaycanın müxtəlif ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. Belə ki, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncədə Azərbaycan Texnologiya Universiteti və Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq memorandumları imzalanıb. Əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunmasına, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə yönəlmiş müxtəlif layihələr həyata keçirilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan istedadlı gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.
Təhsilə və gənclərə yardım etmək Azercell şirkətinin fəaliyyətinin prioritet sahəsidir və bu istiqamətdə fəaliyyəti olaraq qalacaq.
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...
-
“Nar” və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq
...
-
“Nar” “Uniting Business Europe 2023” tədbirində iştirak edib
...
-
“Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
...