Yaponiya səfiri Lənkəranda olub
Yaponiyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Teruyuki Katori Lənkəranda olub.
İcra başçısı Taleh Qaraşov Lənkəran rayonunun sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı, turizm potensialı barədə ətraflı məlumat verib. Son illərdə Lənkəranda bir sıra sosial əhəmiyyətli obyektlərin tikilərək istifadəyə verildiyini, rayonun kənd təsərrüfatında çayçılıq, çəltikçilik, sitrusçuliq kimi sahələrin aparıcı mövqe tutduğunu qeyd edən İcra başçısı həmçinin Yaponiya-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin ildən-ilə genişləndiyini və bu əlaqələr çərçivəsində Yaponiya səfirliyinin həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Qeyd edək ki, qrant yardımı çərçivəsində Lənkəran rayonunun Türkəncil kəndində içməli su təchizatınin tikintisi layihəsinin ümumi məbləği 89,131 ABŞ dolları təşkil edəcək. Bu, Lənkəran rayonunda “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” Proqramı çərçivəsində həyata keçirilən sayca 6-cı layihədir.
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...