2 saylı doğum evində tibbi xidmətin keyfiyyəti yaxşılaşdırılır

09:53 20-12-2018 | icon 2797
2 saylı doğum evində tibbi xidmətin keyfiyyəti yaxşılaşdırılır

Ölkəmizdə səhiyyə xidmətinin yaxşılaşdırılması, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətin, eləcə də ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi davam edir. 

Son illərdə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü işlər bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub, tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün 2 saylı Doğum evi də əsaslı təmir edilib, müasir tibbi avadanlıqlarla təhciz edilib.

Doğum evinin baş həkimi Mehriban xanım Abasquliyeva əhaliyyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. 

Qeyd edək ki, Mehriban xanım Tibb Universitetinin “Müalicə-profilaktika” fakültəsini bitirmişdir. Uzun illər səhiyyə sistemində rəhbər vəzifələrdə çalışmışdır. 1994-1998-ci illərdə Bakı şəhər 1 saylı Qadın məsləhətxanasının baş həkimi, 1998-2000-ci illərdə Bakı şəhər 3 saylı ŞKX-da baş həkimin müavini vəzifəsində işləmişdir. 2000-ci il tarixindən Bakı şəhər 2 saylı Doğum evinin baş həkimi vəzifəsində işləyir. Tibb üzrə fəlsəfə doktorudur.

17 aprel 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının IX konfransında təşkilata sədr seçilmişdir.

Bildirək ki, ötən dövr ərzində 2 saylı Doğum evi ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Doğum evində cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri də fəaliyyət göstərir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan masalarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da var. Tibb ocağında yeni doğulmuşların reanimasiya şöbəsi, intensiv terapiya palatası da yaradılıb. Az çəkili, kritik və yarımçıq doğulmuş uşaqlara səhiyyə ocağında qulluq göstərmək üçün hər bir şərait yaradılıb.

Qeyd edək ki, Doğum evinin mama-ginekoloji şöbəsində doğuş zalı, cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Neonatoloji bölmə də ən son texnoloji cihazlarla təchiz edilib. Qəbul şöbəsində gözləmə zalı da yaradılıb, yumşaq oturacalar qoyulub.

Doğum Evindəki laboratoriylar ən son texnoloji avadanlıqlarla təhciz olunub. Səhiyyə ocağında həm tibbi heyət, həm də xəstələr üçün yeməkxana otağı da var. Yanğından mühafizə sistemi, təhlükəsizlik kameraları da quraşdırılıb. Tibb ocağının həyəti abadlaşdırılıb, asfalt vurulub, yaşıllıq salınıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.

F.Aslanov


Digər xəbərlər

0.23178887367249