BDU-nun 3 minədək əməkdaşına birdəfəlik pul mükafatı verildi

12:17 21-12-2018 | icon 3038
BDU-nun 3 minədək əməkdaşına birdəfəlik pul mükafatı verildi

Bakı Dövlət Universiteti Elmi Şurasının bu gün keçirilən iclasında rektor vəzifəsini icra edən, professor İradə Əliyevanın təklifi əsasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə universitetin bütün əməkdaşlarına birdəfəlik pul mükafatının verilməsi barədə qərar qəbul edilib. 

BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən xəbərə görə, pul mükafatı ümumilikdə 3 minədək əməkdaşa şamil edilib.

Eyni zamanda, əvvəlki illərdə olduğu kimi, gələn ildə də differensasiya yolu ilə elm, tədris və ictimai fəaliyyət sahəsində fərqlənən və xüsusi nailiyyətləri olan 300-dək professor-müəllim heyətinin əmək haqqının artırılması məsələsi də müzakirə edilib.

Digər xəbərlər

0.24734711647034