Azərbaycan nefti cüzi bahalaşdı

16:50 21-12-2018 | icon 2868
Azərbaycan nefti cüzi bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 59,2 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,6 dollar/barel çoxdur.

Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 57,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 19-da 54,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,95 dollar/barel azdır.
 
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti dekabrın 19-da 55,83 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.


Digər xəbərlər

0.19711589813232