Məşhur serialda Azərbaycan mahnısı - Video

17:00 21-12-2018 | icon 2917
Məşhur serialda Azərbaycan mahnısı - Video

Show TV-də yayımlanan məşhur “Çarpışma” serialında Azərbaycan musiqisindən istifadə olunub. Reytinqli ekran işinin 5-ci bölümündə əfsanəvi müğənni Rəşid Behbudovun ilk ifaçısı olduğu, sözləri İslam Səfərli, musiqisi Andrey Babayevə məxsus “Nazəndə sevgilim” mahnısı səsləndirilib. 

Serialın 37-ci dəqiqəsində Kadir ( Kıvanç Tatlıtuğ) və Zeynebin (Elçin Sangu) uşaqlıq illəri xatırlanır və ifa təqdim olunur. Bundan sonra, “Çarpışma”nın sonunda da sözügedən bəstə səsləndirilir. Layihədə “Nazəndə sevgilim”i türkiyəli müğənni Dilek Türkan oxuyub. 

Qeyd edək ki, həmin ifanı İrem Derici, Figen Genç, Öykü Gürman kimi türk məşhurlar da repertuarına daxil edib. 

 


Digər xəbərlər

0.26751303672791